Şəhid Orxan Əsgərovun cənazəsi önündə fəxri qarovul DÜZÜLDÜ - VİDEO

Şəhid Orxan Əsgərovun cənazəsi önündə fəxri qarovul DÜZÜLDÜ - VİDEO

Hazırda oxunan: Şəhid Orxan Əsgərovun cənazəsi önündə fəxri qarovul DÜZÜLDÜ - VİDEO

117350

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

Bizim.Media xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir.
Şəhidin evinin qarşısında fəxri qarovul düzülüb.

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Fəxri xiyabana aparılacaq. Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

*** 10.11

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidindən götürülərək evinə aparılır.

Bizim.Media xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı ünvanda keçiriləcək.

Vida mərasimdən sonra O.Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

Şəhid Orxan Əsgərovun nəşi Yasamaldakı evinə aparılır.
 

 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO