Səfirliyimizə hücumda yaralanan Vasif Tağıyevin bədənindən 6 qəlpə çıxarılıb

Səfirliyimizə hücumda yaralanan Vasif Tağıyevin bədənindən 6 qəlpə çıxarılıb

Hazırda oxunan: Səfirliyimizə hücumda yaralanan Vasif Tağıyevin bədənindən 6 qəlpə çıxarılıb

117342

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan Mahir İmanov və Vasif Tağıyev vətənə gətirilərək Bakıda xəstəxanaya yerləşdiriliblər.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə vaxtı hər iki mühafizəçi qəlpə xəsarətləri alıb.

Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. Tehranda keçirilən və 5 saata yaxın davam edən əməliyyatla qəlpələr onun bədənindən çıxarılıb. Həmçinin səfirliyin digər mühafizəçisi Mahir İmanov da bədənində aşkar edilən qəlpələrə görə əməliyyat edilib.
Hər iki yaralının yaxın günlərdə xəstəxanadan ambulator müalicəyə buraxılacağı bildirilib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO