Xankəndi-Laçın yolundan sülhməramlıların 31 avtomobili keçib - YENİLƏNİB

Xankəndi-Laçın yolundan sülhməramlıların 31 avtomobili keçib - YENİLƏNİB

Hazırda oxunan: Xankəndi-Laçın yolundan sülhməramlıların 31 avtomobili keçib - YENİLƏNİB

117254

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük maşını Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 31-ə çatıb.

***13:26

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 22-yə çatıb.

12:18

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, texniki nasazlıq ucbatından Laçın rayon ərazisində qalan RSK- nə məxsus avtomobilin qoşquda aparılmasına şərait yaradılıb. 

Səhər saatlarından indiyədək ümumilikdə RSK- nə məxsus 7, BQXK- nə məxsus 7 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidinə şərait yaradılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO