Şəkidə iki gənc arasında mübahisə bıçaqlanma ilə NƏTİCƏLƏNDİ 

Şəkidə iki gənc arasında mübahisə bıçaqlanma ilə NƏTİCƏLƏNDİ 

Hazırda oxunan: Şəkidə iki gənc arasında mübahisə bıçaqlanma ilə NƏTİCƏLƏNDİ 

117225

Şəkidə 17 yaşlı yeniyetmə 29 yaşlı şəxsi bıçaqlayaraq ona bədən xəsarətləri yetirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakinləri, 29 yaşlı Xəyyam Adışirinovla 17 yaşlı Yəhya Məmmədov arasında baş verən mübahisə nəticəsində Xəyyam Adışirinova bıçaqla xəsarətləri yetirilib.  
Yaralı Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib.  

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov təsdiqləyib. O bildirib ki, hadisəni törədən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Mübahisənin hansı zəmində baş verməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırma başlanıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO