AMEA-nın Mərkəzi Elmi Kitabxanası ləğv olunur? - YENİLƏNİB

AMEA-nın Mərkəzi Elmi Kitabxanası ləğv olunur? - YENİLƏNİB

Hazırda oxunan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası ləğv olunur? - YENİLƏNİB

117193
Azərbaycan Milli elmlər Akadmiyası Mərkəzi Elmi Kitabxanasının ləğvi barəsində Moderator.az-da dərc olunan xa0məlumat böyük ajiotaj yaradıb. AMEA-dakı başqa mənbələrdən Moderator.az-a verilən məlumata görə isə bu barədə elmi qurum daxilində heç bir söz-söhbət getmir. Həmçinin Mərkəzi Elmi Kitabxananın ləğvi ümumiyyətlə mümkün olan hadisə deyil. Çünki MEK bir neçə ay bundan qabaq köhnə iqamətgahəndan yeni təmir olunmuş binaya köçürülüb. Ən yüksək şəkildə açılışı baş tutub.

Məxsusi olaraq binası tikilən və sırf kitabxana strukturuna uyğunlaşdırılmış bir məkanda Elmi Kitabxananın ləğvi, binanın isə başqa məqsədli fəaliyyəti ümumiyyətlə real görünmür.

****

AMEA -nın Mərkəzi Elmi Kitabxanası ləğv olunur.xa0


Bu barədə Moderator.az-a kitabxananın işçiləri məlumat verib.xa0


Onların sözlərinə görə, AMEA prezidenti Akif Əlizadə xa0Respublika Ağsaqqallar Şurasının iclasında çıxış edərkən bildirib ki, AMEA-nın yeni açılmış kitabxanası Alimlər Evinə çevriləcək.xa0

A.Əlizadənin bu açıqlamasından sonra işçilərə kitabxananın bağlanma ehtimalının olduğu bildirilib.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO