Xudatda

Xudatda "Yaşma qartalı" Kamil Məmmədov anıldı - FOTO 

Hazırda oxunan: Xudatda "Yaşma qartalı" Kamil Məmmədov anıldı - FOTO 

117158

Bu gün Xaçmazın Xudat kəndində Vətən Müharibəsi qəhrəmanı, Şuşa fatehlərindən biri olmuş şəhid Kamil Məmmədovun anım mərasimi keçirilib. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, ailə üzvləri, keçmiş döyüşçülər, qazilər, şəhid ailələri, yerli rəsmilər 23 yaşında şəhidliyə yüksəlmiş Kamil Məmmədovu hörmət və ehtiramla anıblar.

Vətən Müharibəsi iştirakçısı, mayor, Xaçmaz İH-nin əməkdaşı Tariyel Didarov Kamilin həyat yolundan ətraflı danışıb.

Bildirib ki, Vətən Müharibəsində Füzulidən Şuşayadək şərəfli döyüş yolu keçən Kamil Məmmədov 2021-ci il yanvar ayının 14-də işlədiyi Şuşa şəhərində avtomobil qəzasında ağır yaralanıb. Qəzada komaya düşən Kamil 2021-ci il yanvar ayının 28-də vəfat edib və ölümündən sonra ona şəhid statusu verilib. 

Döyüş yoldaşları "Yaşma qartalı", Xüsusi Təyinatlıların hərbi qulluqçusu Kamil Məmmədovun xatirəsinin həmişə əziz tutulacağını qeyd ediblər. 

Qeyd edək ki, Kamil Məmmədovun atası Şamil Məmmədov oğlu qəzaya düşdükdən sonra dözməyib vəfat edib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO