Pandemiya uşaqların zehnini necə məhv edir? – Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ

Pandemiya uşaqların zehnini necə məhv edir? – Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Pandemiya uşaqların zehnini necə məhv edir? – Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ

117117

“Pandemiya vaxtı dərslər onlayn olduğuna görə, valideynlər uşaqlara telefon və planşetlərdən daha çox istifadəyə icazə verdilər. Pandemiyadan sonra isə onları uşaqlardan geri almaq mümkün olmadı”.

Bu barədə Bizim.Media-nın həmsöhbəti uşaq psixoloqu Zeynəb Eyyubova olub.

Zeynəb Eyyubovanın sözlərinə görə, bu gün uşaqlarımızda inkişafın ləngiməsi, dərsə marağın azalması, diqqəti toplamaqda çətinlik, hiperaktivlik kimi problemlərin artmasına səbəb də telefon və planşetlərin həyatımızda böyük yer tutmasıdır: 
“Düzdür, valideynlər bəzən öz vicdanlarını rahatlatmaq üçün deyirlər ki, uşaq telefonda saymağı, rəngləri və s. öyrənir. Amma bildirmək istəyirəm ki, bunlar hamısı mexaniki yaddaşdır. Əgər valideyn, həqiqətən, uşağının inkişafını istəyirsə, gün ərzində 15 dəqiqə vaxt ayırıb onun təhsili ilə məşğul olsa, bu, övladı üçün daha faydalı olacaq, nəinki telefonla internetdə gəzinməyi”.

Müsahibimiz bildirib ki, uşaq qidalanma zamanı telefon və ya planşetlə oynayırsa, onun beyninə düzgün siqnal ötürülmür: 

“Balacalara yemək yeyən zaman telefon, planşet vermək olmaz. Düzdür, belə hallarda valideynlər etiraz edirlər ki, uşaqlar telefonsuz yemək yemirlər, amma nəzərə almaq lazımdır ki, bu halda uşağın beyninə doymaq və yeməyin dadı ilə bağlı siqnallar doğru ötürülmür”. 

Psixoloq bildirib ki, bu zərərli vərdiş pandemiya zamanından sonra daha geniş yayılıb və indi valideynlər telefon, planşet kimi cihazları uşaqların əlindən almaqda çətinlik çəkirlər. Belə şəkildə gələcəyimiz sözün hər iki mənasında şikəst olacaq.  

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO