BİZİM TƏQVİM: Ermənilərin vurduğu vertolyotda 44 azərbaycanlı qadın və uşaq həlak oldu

BİZİM TƏQVİM: Ermənilərin vurduğu vertolyotda 44 azərbaycanlı qadın və uşaq həlak oldu

Hazırda oxunan: BİZİM TƏQVİM: Ermənilərin vurduğu vertolyotda 44 azərbaycanlı qadın və uşaq həlak oldu

117028

1992-ci ilin bu günündə Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” mülkü vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub.

Bəs, 28 yanvarda dünyada daha hansı hadisələr baş verib?

1. 1887-ci ilin 28 yanvarında Eyfel qülləsinin tikintisinə başlanıb.

2. 1920-ci ilin 28 yanvar tarixindә Misakı Milli Osmanlı Dövlәtinin Mebusan Mәclisi tәrәfindәn qәbul edilib. Әrzurum vә Sivas konqreslәrindә әsas xәtlәri müәyyәn edilәn vә altı müddәadan ibarәt olan Misakı Milli Osmanlı Dövlәtinin parçalanmasının qarşısını almaq üçün  bir addımdı.

Misakı Millinin elan edilmәsindәn sonra müttәfiqlәr bәzi millәt vәkillәrini Maltaya sürgün etdi vә istanbulu işğal etdi.

3. 28 yanvar 1921-ci ildə Türk kommunist Mustafa Sübhi qətlə yetirilib.

4. 28 yanvar 1940-cı ildə Ümumittifaq Kommunist Partiyası və SSRİ XKS “Azərbaycan SSR-də neftin çıxarılması və emalının artırılması üçün əsaslı tədbirlər haqqında” qərar qəbul edib. 

5. 1958-ci ilin bu günündə Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub.

6. 28 yanvar 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan “ASALA” erməni terror təşkilatı tərəfindən qətlə yetirilib.

7. 1986-cı ilin 28 yanvarında Amerikanın “Challenger” kosmik gəmisi startdan 73 saniyə sonra 14 km yüksəklikdə qəzaya uğrayıb. Bütün heyət həlak olub.

8. 28 yanvar 1993-cü ildə Qazaxıstanda yeni Konstitusiya qəbul edilib.

9. 2003-cü ilin 28 yanvarında Ukrayna prezidenti Kuçma və Rusiya prezidenti Putinin görüşü zamanı Ukrayna – RF sərhədləri dəqiq müəyyən edilib.

10.  28 yanvar 1998-ci ildə Ümummilli lider Heydər Əliyev ilk dəfə Davos sammitində iştirak edib.

Bəs, 28 yanvarda kimlər xatırlanır?

1. 28 yanvar 1848-ci ildə Həsənəli xan Qaradaği anadan olub. Qarabaği görkəmli Azərbaycan maarifçisi idi.

2. 1854-cü ilin bu günündə Rəşid bəy Mirzə Fətəli oğlu Axundzadə anadan olub. 

3. 28 yanvar 1962-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov anadan olub.

4. 1980-ci ilin bu günündə tanınmış və sevilən diktor Aydın Qaradağlı vəfat edib. 

5. 28 yanvar 2015-ci ildə Xalq şairi Vaqif Səmədoğlu dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO