İrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun ailəsindən VİDEOREPORTAJ 

İrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun ailəsindən VİDEOREPORTAJ 

Hazırda oxunan: İrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun ailəsindən VİDEOREPORTAJ 

117015

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi – 43 yaşlı Orxan Əsgərov şəhid olub.

Bizim.Media xəbər verir ki, “İctimai” televiziya baş leytenant O.Əsgərovun ailəsindən reportaj hazırlayıb.

Qeyd edək ki, şəhidin 2 övladı, bir oğlu və bir qızı var idi. 

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.
 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Sözügedən reportajı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO