Ağdamda dövlət hesabına inşa edilən evlər sənədləşdirildi - FOTO

Ağdamda dövlət hesabına inşa edilən evlər sənədləşdirildi - FOTO

Hazırda oxunan: Ağdamda dövlət hesabına inşa edilən evlər sənədləşdirildi - FOTO

117010

Ağdamda bir sıra evlərin mülkiyyət hüququ rəsmiləşdirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 27-də Ağdam rayonunun Çəmənli kəndinin və ətraf kəndlərin sakinləri üçün səyyar qeydiyyat xidmətləri göstərilib.

Ermənistan ordusunun cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb.  
Qeyd edək ki, Ağdam rayonunda (Quzanlı qəsabəsində, Qaradağlı kəndi, Rzalar kəndi, Evoğlu kəndi, Zəngişah kəndi və digərlərində) Fərmanın əhatə etdiyi və yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan 283 evin sənədləri ilə bağlı müraciətlər qəbul olunub.                    

Bu günədək Fərmanın icrası ilə əlaqədar 1792 yaşayış sahəsinə dair vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO