“Gələcəyini dizayn et” layihəsi uğurla yekunlaşıb - FOTO

“Gələcəyini dizayn et” layihəsi uğurla yekunlaşıb - FOTO

Hazırda oxunan: “Gələcəyini dizayn et” layihəsi uğurla yekunlaşıb - FOTO

117007

26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsi çərçivəsində 1 ay müddətində davam edən AutoCad dərsləri yekunlaşıb.

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində maddi cəhətdən ehtiyacı olan 20 nəfər gəncə 1 ay müddətinə ödənişsiz AutoCad proqramı tədris edilib.

İştirakçılar həm kompüter biliklərinə həm də praktiki təcrübəyə yiyələniblər.  

Dərslər, “Gələcəyini dizayn et”  layihəsinin tərəfdaşı olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təlim mərkəzində keçirilib. 
Qeyd edək ki, layihə Azərbayan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO