Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın KİMLİYİ - FOTO/VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın KİMLİYİ - FOTO/VİDEO

Hazırda oxunan: Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın KİMLİYİ - FOTO/VİDEO

116995

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.

Bizim.Media sosial şəbəkə paylaşılan məlumatlara istinadən xəbər verir ki, həmin şəxs Vasif Tağıyevdir.

O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirib. Qəhrəmanımız ailəlidir, üç övladı var. V.Tağıyevin Şuşadan olduğu bildirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı səfirliyimizə hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 


Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur. Onun iki övladı var. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO