Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri üçün Şahbuz rayonunda yerləşən turizm əhəmiyyətli məkanlara ekskursiya təşkil olunub.
Bizim.Media "Nuhçixan.az"a istinadən xəbər verir ki, ekskursiya çərçivəsində tələbələr Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahbuz Dövlət Təbiət Qoruğu, Batabat Astrofizika Rəsədxanasında olublar.
Gənclər buz örtüyünə bürünən məşhur Batabat gölü və Ağbulaq İstirahət Mərkəzinə də ekskursiya ediblər.
Xizək Mərkəzində kanat gəzintisinə qoşulan tələbələr sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.
Ekskursiyada 20 tələbə iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 27.01.2023
Əcnəbi tələbələr Şahbuzun turizm imkanları ilə tanış olublar - FOTOLAR
Hazırda oxunan: Əcnəbi tələbələr Şahbuzun turizm imkanları ilə tanış olublar - FOTOLAR
Hazırda oxunan: Əcnəbi tələbələr Şahbuzun turizm imkanları ilə tanış olublar - FOTOLAR
116939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.