AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı

AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı

Hazırda oxunan: AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı

116931

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bizim.Media xəbər verir ki, müqaviləni AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor doktor Müzəffər Şəkər imzalayıblar.

Müzəffər Şəkər AMEA ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyəti olduğunu qeyd edib. TÜBA rəhbəri iki qardaş ölkənin elmi qurumları arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyib.

Professor TÜBA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verərək nəzərə çatdırıb ki, xüsusən humanitar və ictimai elmlər üzrə əməkdaşlığın genişləndirilməsi, yüksələn xətlə inkişaf etməsi sahəsində hər iki elmi qurum böyük imkanlara malikdir.
Akademiya rəhbəri bugünkü mövcud reallığa əsaslanan strateji elmi əməkdaşlıq münasibətlərinin böyük gələcəyinə inamını ifadə edib.

Qeyd edək ki, müqavilədə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və sair məsələlər öz əksini tapıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO