Prokurorluq tərəfindən verilmiş 720 protest təmin olunub

Prokurorluq tərəfindən verilmiş 720 protest təmin olunub

Hazırda oxunan: Prokurorluq tərəfindən verilmiş 720 protest təmin olunub

116921

Prokurorluq orqanları tərəfindən verilmiş 720 protest məhkəmələr tərəfindən təmin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluğun geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

Qeyd olunub ki, dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə baxılmış 989 cinayət işi üzrə apellyasiya, 787 cinayət işi üzrə isə kassasiya protestləri verilmiş, 563 apellyasiya protesti və 157 kassasiya protesti təmin edilib.
Həmçinin qeyd olunub ki, ötən il məhkəmələrdə 24396 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanlarının iştirakı ilə bütün instansiya məhkəmələri üzrə cəmi 24396 şəxs barəsində 21512 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO