Möhsün Pakayin sanksiyaların götürülməsini İsrailin ən acı məğlubiyyəti adlandırdı

Möhsün Pakayin sanksiyaların götürülməsini İsrailin ən acı məğlubiyyəti adlandırdı

Hazırda oxunan: Möhsün Pakayin sanksiyaların götürülməsini İsrailin ən acı məğlubiyyəti adlandırdı

116878

İsrail İrana qarşı xa0sanksiyaların aradan qaldırılmasından çox əsəbidir. xa0Hesab edirəm ki, "altılıq" ölkələri ilə əldə etdiyimiz xa0razılaşmanın həyata keçirilməsi xa0İsrailin xa0"müsibəti", xa0ən acı məğlubiyyətidir.xa0

Moderator.az xəbər verir ki, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.xa0

Diplomat vurğulayıb ki, 12 il ərzində İsrail xa0müxtəlif saxta sənədlər təqdim edərək, xa0İranın nüvə silahı əldə etmək niyyətində olduğunu dünyaya sübut etmək istəyirdi. Amma MAQATE-nin hesabatı göstərdi ki, İsrailin bütün iddiaları yalandır.xa0

" İsrail İrana qarşı sanksiyaların davam etməsini istəyir, xa0məqsədi isə ölkəmizin xa0 iqtisadiyyatının zəifləməsi idi. Amma İsrailin bütün səyləri nəticəsiz qaldı.xa0
Hesab edirəm ki, İsrail bundan sonra da razılaşmanın icrasında müəyyən problemlər yaratmağa çalışacaq. Amma xa0razılaşma əldə edən ölkələr razılaşmanın davam etməsini gözləyir və buna görə də xa0İsrailin addımları nəticəsiz qalacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO