Medal alan müharibə iştirakçısına VETERANLIQ niyə verilmir? – Goranboydan ŞİKAYƏT

Medal alan müharibə iştirakçısına VETERANLIQ niyə verilmir? – Goranboydan ŞİKAYƏT

Hazırda oxunan: Medal alan müharibə iştirakçısına VETERANLIQ niyə verilmir? – Goranboydan ŞİKAYƏT

116838

44 günlük Vətən müharibəsinin iştirakçısı veteranlıq statusunu ala bilmir. Bununla bağlı Bizim.Media-ya Goranboy rayon sakini İsmayıl Vilayət oğlu Məmmədli müraciət edib.

Tatarlı kəndindən olan 2002-ci il təvəllüdlü şikayətçinin sözlərinə görə onunla eyni vaxtda müharibədə iştirak edən hər kəsə bu status verilib.

“04.05.2020-ci il də həqiqi hərbi xidmətə çağırılmışam. 44 günlük müharibə ərəfəsində Füzuli, Xocavənd və Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Hətta Laçının işğaldan azad edilməsi uğrunda medalla təltif edilmişəm. 05.10.2021 ci il tarixdə hərbi xidmətdən qayıtmışam. Ancaq veteranlıq statusum hələ də verilməyib. Necə olur ki, medallar verilir, hərbi biletimə müharibədə iştirak etdiyim qeyd edilir, ancaq veteranlıq statusu verilmir”. 

Şikayətçi qeyd edib ki, noyabr ayında məsələ ilə bağlı Müdafiə Nazirliyinə rəsmi məktubla müraciət edib:

“Məktubuma cavabda qeyd olunub ki, veteranlıq statusunun verilməsi üçün xidmət etdiyim hərbi hissədən müvafiq sənədləri nazirliyə təqdim etməliyəm. Xidmət etdiyim hərbi hissə isə Laçında yerləşdiyi üçün ora getməyə hələki icazə yoxdur. Məsələ də yəqin ona görə həllini tapmır” 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Anar Eyvazov Bizim.Media-ya açıqlamasında məsələni araşdıracaqlarını deyib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO