DTX rəisi Əli Nağıyev Fəxri Abasovu təltif etdi

DTX rəisi Əli Nağıyev Fəxri Abasovu təltif etdi

Hazırda oxunan: DTX rəisi Əli Nağıyev Fəxri Abasovu təltif etdi

116810

Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri Fəxri Abasov 60 illik yublieyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev tərəfindən Fəxri Fərmanla təltif edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin rəsmi "Facebook" hesabında paylaşım edilib.

"Bu gün Birliyimizin sədri, müharibə veteranı, xüsusi xidmət orqanlarında şərəfli zabit yolu keçmiş Fəxri müəllim Abasovun 60 yaşı tamam olmuşdur! Bu münasibətlə Fəxri müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, ailə səadəti və can sağlığı arzu edirik! "Alyans" inkişafı üçün fəaliyyətində ardıcıl uğurlar diləyirik.
Bu gün Fəxri müəllim Abasov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, cənab general-polkovnik Əli Nağıyev tərəfindən Fəxri Fərmanla təltif edilib”, - deyə paylaşımda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO