15 obyektdə pozuntular aşkarlandı 

15 obyektdə pozuntular aşkarlandı 

Hazırda oxunan: 15 obyektdə pozuntular aşkarlandı 

11681

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Kafelərdə məsul şəxs təyin edilməlidir - Yeni qayda


Bildirilib ki, fevralın 11-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda "Sidre mebel” mağazasında,

Binəqədi rayonunda "Vimay-med tibb mərkəzi”ndə,

"Nursel ticarət” mağazasında,

Oqtay Kərimova məxsus meyvə-tərəvəz mağazasında,

Qaradağ rayonunda Amil Şəmiyevə məxsus ərzaq mağazasında,

Nicat Niyazova məxsus pərakəndə ticarət obyektində,

Nəsimi rayonunda Hümət Tağızadəyə məxsus ticarət obyektində,

Xəzər rayonunda "Ülvi inşaat” mağazasında,

Səbail rayonunda Elşən Səfərova məxsus ticarət obyektində,

Nərimanov rayonunda "Jasmin market”də,

"A.E.S.-Trading" MMC-yə məxsus mağazada,

Xətai rayonunda "Ramzes geyim mağazası”nda,

Yasamal rayonunda "FLO” mağazasında,

"Macrobiosis Antiage and Esthetic Center”də,

Musa Quliyevə məxsus ticarət obyektində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO