Gömrükdə daha bir əməliyyat: Saxlanılan var 

Gömrükdə daha bir əməliyyat: Saxlanılan var 

Hazırda oxunan: Gömrükdə daha bir əməliyyat: Saxlanılan var 

116770

Pul vəsaitlərinin qanunsuz dövriyyəsində şübhəli bilinən gömrük əməkdaşı saxlanılıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinin əməkdaşı Cavid Məmmədov saxlanılıb.

O, gömrük orqanlarına bəyan edilməmiş vəsaitlərin dövriyyəsini aparmaqda şübhəli bilinir.

Belə ki, C.Məmmədov TIR sürücüləri vasitəsilə qeyri-qanuni maliyyə maxinasiyası həyata keçirməkdə ittiham edilir. İlkin məlumata görə, C.Məmmədov ölkəyə dollar, rubl keçirmək istəyərkən saxlanılıb.
Qeyd edək ki, ötən gündən başlayaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat həyata keçirilir. Saxlanılanlar var və əməliyyat hələ də davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO