Damsız qalan gözdən əlil şairin ARZULARI – “Sığınmağa yer istəyirəm” - VİDEO

Damsız qalan gözdən əlil şairin ARZULARI – “Sığınmağa yer istəyirəm” - VİDEO

Hazırda oxunan: Damsız qalan gözdən əlil şairin ARZULARI – “Sığınmağa yer istəyirəm” - VİDEO

116763

“Heç vaxt sevgi-məhəbbətdən yazmamışam. Gözdən əlil olduğum üçün sevdiyim və ya sevənim olmayıb. Yəni bu mövzuya köklənməmişəm. Sonra başlanan müharibə, Vətən nisgili ancaq Vətəndən yazmağa vadar edib məni... Şerlərim bir qismi kitab halında çap olundu. İndi həyatda təsəlli tapdığım yeganə istinadım budur”.

Şair Haqverdi Şahgəldiyev danışıb öz uğursuz taleyindən bizə. O, 1993-cü ildən sonra dünyanın işığına möhtac yaşayır.

Deyir ki, 1961-ci ildə Laçının Qarakeşli kəndində doğulmuşam. Anadangəlmə görmə qüsurluydum, hazırda heç kimsəm yoxdur:

“1993-cü ilə qədər görməm zəif olsa da özümü idarə edirdim. Ancaq həmin ildən sonra işıqlı dünyaya həsrət qaldım. Gözlərim tam tutuldu... Ailəm, övladlarım olmadığı üçün simsarlarıma sığınıb onlara möhtac qalmışam. Bu isə məni çox sıxır”. 

Haqverdi kişi sonuncu dəfə uzunmuddətli olaraq Yevlax şəhərində yaşayan qohumunun evində qalıb. Zaman-zaman qohum evlərini gəzmək, onlara yük olmaq yorub onu.

Deyir ki, dövlət tərəfindən müavinatla təmin olunsa da qohumların evində, onların himayəsinə sığınmaq ona çox əziyyət verir: 

“Hökümətdən narazı deyiləm. 265 təqaüd, gözdən əlilliyə görə isə 210 Prezident təqaüdü alıram. Bundan başqa 80 manat mənə qulluq göstərən adama müavinat ayrılıb. Vallah, heç qohumlardan da narazı deyiləm, amma hamısının külfəti, bir aləm qayğısı var. Mən orada olanda əsir-yesir olurlar, rahatlıqları pozulur, ona görə də kiminsə evinə sığınmaq istəmirəm. Çox yaxşı olar ki, qocalar evinə, sığınacaqların birinə yerləşim. Ən çox mənəvi yükdən azad olaram, dövlətimin qayğısı daha doğru olardı məncə”. 

Vətəndaşın istəyinə diqqətli yanaşaraq daha dərin araşdırmalara baş vurduq ki, Haqverdi kişinin arzusunu yerinə yetirək. ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinə faktları ünvanlayaraq onlardan yardım etmələrini istədik. Araşdırmalarımızın nəticəsi bizi bir az məyus etdi. 
Ona kömək etmək üçün qanunla heç bir əsasın olmadığı üzə çıxdı. Agentlik rəsmiləri də Haqverdi Şahgəldiyevə kömək etməkdə aciz olduqlarını bildirdilər. Birincisi, vətəndaşın vəziyyəti anlaşılan olsa da arada ailə-məişət problemləri var. Dövlət vətəndaşa Ağcabədinin Taxtakörpü qəsəbəsində bacısı üçün ev verəndə Haqverdi kişinin də onlarla yaşaması üçün hər iki tərəfin razılığı ilə qeydiyyata alıb, mənzil şəraiti ona görə düşünülüb. Təqaüdündə dövlət tərəfindən əlavə vəsait də nəzərdə tutulub ki, ona kimsə ödənişli olmaq şərti ilə qulluq etsin. Yəni, adamın yaşamaq üçün dövlət tərəfindən verilən mənzil sahəsi və qulluğuna cəlb etmək üçün vəsaiti var. 

Eyni zamanda Haqverdi kişi evli olub və bu evlilikdən böyük bir oğlu var, normal da vəzifədə çalışır. Amma ailə bağları illər öncə qırılıb.  

Hazırkı durumda isə onu müvəqqəti sığınacağa və ya qocalar evinə yerləşdirmək üçün heç bir qanuni əsas yoxdur. Sığınacaqlar 6 ay-1 il müddətinə tam evsiz-eşiksiz, zorakılığa məruz qalmış insanların reablitasiyası üçün nəzərdə tutulub. Qocalar evinə isə qanunla 70 yaşın üstü vətəndaşlar yerləşdirilir. 

Burada isə deməyə söz qalmır... 

İndi Haqverdi kişi ürəyindən gələn isti şeirlərinə sığınaraq sadəcə yardım gözləyir. Onun Vətənə, qələbəmizə həsr etdiyi şerlərindən ikisini məhz elə şairin öz dilindən sizə təqdim edirik və ümid edirik ki, kimsəsiz və gözdən əlil Haqverdi kişinin səsinə səs verən tapılacaq...
 







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ burosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO