Şəfiqə Məmmədova şəhidlər üçün yığılmış pulu MƏNİMSƏYİB? – İttifaqdan kütləvi İSTEFA

Şəfiqə Məmmədova şəhidlər üçün yığılmış pulu MƏNİMSƏYİB? – İttifaqdan kütləvi İSTEFA

Hazırda oxunan: Şəfiqə Məmmədova şəhidlər üçün yığılmış pulu MƏNİMSƏYİB? – İttifaqdan kütləvi İSTEFA

116736

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı dağılır. İttifaqın sədri Şəfiqə Məmmədovanın saxta seçki keçirərək özünü sədr elan etməsi, üstəlik bəzi qanunsuz addımları İttifaq daxilində narazılığa səbəb olub. İki gün öncə İttifaqın mətbut katibliyi vəzifəsindən istefa verən Əli Vəliyevin ardınca bu dəfə də bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən imtina edib. 

Bizim.Media-ya bu barədə İttifaqın keçmiş mətbuat katibi Əli Vəliyev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəfiqə Məmmədovaya etiraz edən MƏTBUAT KATİBİ – “O, Maliyyə Nazirliyini aldadıb, pulları mənimsəyib”


O, qeyd edib ki, ümumilikdə 25-ə yaxın incəsənət nümayəndəsi İttifaq üzvülüyndən imtina edib.

Onların arasında Xalq artisi Şeyx Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Reyhan İsayeva, Yalçın Verdiyev, həmçinin İttifaqın katibi Yusif Quliyev var. 

Əli Vəliyevin sözlərinə görə bu qədər adamın istefasına səbəb olan Şəfiqə Məmmədova özü istefa verməlidir:

“Şəhidlər üçün yığılmış pulu mənimsəmək nə deməkdir? Ümid edirəm Mədəniyyət Nazirliyi məsələ ilə məşğul olacaq”.

Xalq artisti Ramiz Məlik də Bizim.Media-ya açıqlamasında məlumatı təsdiqləyib və özünün də istefa verdiyini qeyd edib:

“Bəli istefa vermişik. İki Kinematoqrafçılar İttifaqı kimə lazımdır. Vəssalam, bitdi...”, - deyə Ramiz Məlik əsəbi halda söhbəti yarımçıq kəsib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ümumilikdə 290 üzvü var.

Məsələ ilə bağlı Şəfiqə Məmmədova ilə dəfələrlə əlaqə saxlasaq da, Xalq artisti zənglərimizə cavab verməyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO