Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatda saxlanılanlar var – YENİLƏNİB 

Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatda saxlanılanlar var – YENİLƏNİB 

Hazırda oxunan: Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatda saxlanılanlar var – YENİLƏNİB 

116728

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat tədbirləri davam edir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Qanun pozuntularına yol verməkdə şübhəli bilinən şəxslərin dindirilməsi yekunlaşdıqdan sonra müvafiq qərar qəbul olunacaq.

*** 11:36

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər. 

İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər. 
Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

*** 10: 21

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, hazırda əməliyyat tədbirləri davam edir.

Rəsmi açıqlamada bildirilir ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO