Fransız jurnalist yenə Qarabağdan yazdı: Azərbaycanlılar qayıdış gününü gözləyir

Fransız jurnalist yenə Qarabağdan yazdı: Azərbaycanlılar qayıdış gününü gözləyir

Hazırda oxunan: Fransız jurnalist yenə Qarabağdan yazdı: Azərbaycanlılar qayıdış gününü gözləyir

11670

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş fransız jurnalist Sebastyan Bussuanın “Journal General de l'Europe” portalında növbəti məqaləsi dərc edilib.

Bizim.Media xəbər verir ki, məqalədə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyan müharibədən sonra regionda sülhün bərqərar olmasından, azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülən işlərdən bəhs olunur.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən doğma evlərindən didərgin salınmış 800 min azərbaycanlı məcburi köçkün səbirsizliklə qayıdış gününü gözləyir.

Jurnalist Qarabağda müharibədən əvvəlki vəziyyətin bərpa ediləcəyini, yenidənqurma işlərinin aparılacağını, infrastrukturun qurulacağını, yaşayış binalarının tikiləcəyini, bu ərazilərin turizm məkanı olacağını, lakin bütün bunların zaman tələb etdiyini bildirir.

“Qarabağ hər şeydən əvvəl təbii cənnətdir və qorunub saxlanılmalıdır. Niyə o, böyük təbiət qoruğu, sülhün rəmzi olmasın?”, - deyə müəllif qeyd edir.

Məqalədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılmasının əhəmiyyətinə də toxunulur.

Bildirilir ki, həmin dəhlizdən bu gün böyük ehtiyac içində olan Ermənistan da bəhrələnə bilər. Məğlubiyyətə uğrayan, yoxsulluğa qərq olan Ermənistan üçün də bu dəhliz vacibdir.

Uzun müddət münaqişə şəraitində olan iki ölkənin barışığı iqtisadi əməkdaşlıqdan da asılıdır.

Jurnalist yazır ki, Ermənistan Qarabağda iqtisadi cəhətdən heç nə etməyib, heç bir sərmayə yatırmayıb, yalnız hər şeyi dağıdıb və məhv edib.

Ermənistan Azərbaycanla barışıqdan faydalana bilər. Bu gün Azərbaycan bütün regionu canlandıra bilər.

Azərbaycan bölgəni mühüm turizm, iqtisadi və mədəni cəlbedicilik qütbünə çevirmək gücünə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO