FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO 

FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO 

Hazırda oxunan: FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO 

116697

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin akt zalında Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələrinin iştirakı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş "Əbədiyaşar lider - Heydər Əliyev" mövzusunda tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.  

Məlumata görə, əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqilliyimizin qorunub saxlanılmasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs ediblər.

Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim xalqının taleyini düşündüyünü, respublikamızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxardığını qeyd edən natiqlər bildiriblər ki, Heydər Əliyev müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayaraq Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxarıb, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində ölkəmiz beynəlxalq münasibətlər məkanında layiqli yer tutub. 

Çıxış edənlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qısa müddətdə əsrə bərabər inkişaf və tərəqqi yolu keçdiyini, misli görünməyən sürətli inkişafa nail olduğunu iftixar hissi ilə dilə gətiriblər. 
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO