Qubada sakinlərin problemləri dinlənildi - FOTO 

Qubada sakinlərin problemləri dinlənildi - FOTO 

Hazırda oxunan: Qubada sakinlərin problemləri dinlənildi - FOTO 

116664

"Kəndimiz Qubanın iri yaşayış məntəqələrindən biridir. Biz sakinlər kənddəki elektrik və rabitə xəttlərinin köhnə və qəzalı olmasından narahatıq. Suvarma suyu sarıdan yaz-yay mövsümündə çətinlik çəkirik". 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, bu sözlərlə Qubanın İkinci Nügədi kəndinin sakinləri kənddə səyyar qəbul keçirən Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə müraciət ediblər. 

İkinci Nügədi İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləri onları narahat edən digər problemləri də rayon rəhbərinə çatdırıblar.  
Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev səslənən məsələlərin qeydə alındığını deyərək müsbət həlli məqsədilə aidiyyatı qurum rəsmilərinə tapşırıqlar verib. 

Pirvahid kəndinin sakinləri isə kənddə qəzalı məktəb binasının yerində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni məktəb binasına görə ölkə və rayon rəhbərliyinə təşəkkür ediblər.  














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO