Dilindən söyüş əksik olmayan BÜRCLƏR – İLK ÜÇLÜK 

Dilindən söyüş əksik olmayan BÜRCLƏR – İLK ÜÇLÜK 

Hazırda oxunan: Dilindən söyüş əksik olmayan BÜRCLƏR – İLK ÜÇLÜK 

116646

ABŞ-ın “Social Psychological and Personality Science” jurnalında dərc olunan araşdırma göstərir ki, gündəlik həyatlarında jarqon və söyüşlərdən istifadə edən insanların aldatma ehtimalı daha azdır. Yəni, çox söyüş söymək cəmiyyət tərəfindən xoş qarşılanmasa da, əslində bu cür insanlar daha səmimidirlər.

Digər tərəfdən, söyüşkənliyin bürclərlə də əlaqəsi var.

Bizim.Media ən çox söyüş söyən bürclərin siyahısını təqdim edir:

Tərəzi

Təvazökarlığı ilə tanınan Tərəzilər hər zaman davalardan uzaq durmağa diqqət yetirən fərdlərdir, lakin onların damarları var; haqsızlıqla üzləşmək. Tərəzilər haqsızlıqlar qarşısında bir-birinin ardınca yaradıcı söyüşlər sadalayıb sizi təəccübləndirə bilər. Döyüşləri və səs-küyü sevməsələr də, haqsızlıqlar qarşısında heç vaxt susmayan tərəzilər özlərini müdafiə etmək üçün hər cür söyüş və təhqirləri ifadə edə bilirlər. Belə hallarda hər kəsi təəccübləndirən tərəzi heç vaxt ürəkləri qırmaqdan çəkinmir. 

Xərçəng

Ətrafındakı insanlara həmişə məsum görünən xərçənglər maskası düşəndə əsl üzlərini ortaya qoyurlar. Əsəbiləşəndə xərçənglər hər kəsi təəccübləndirməyi bacarırlar. Xüsusən də, söyüş baxımından kifayət qədər yaradıcı olan xərçənglər ictimai yerlərdə sərbəst söyüş söyə bilirlər. Xərçəng bürcü olan insanlar hirsləndikləri zaman heç nə görmürlər. Söyüşkənliyin zirvəsində olan xərçənglər qəzəblənəndə məntiqlərini söndürürlər. 

Oğlaq

Söyüşkənlər siyahısında yer alan oğlaqlar da hirslənəndə məntiqlərini söndürürlər. Bu cür vəziyyətlərdə kifayət qədər kobud davranan oğlaq bürcünün nümayəndələri bütün qəzəblərini söyüşləri ilə ifadə edirlər. Hisslərini söyüşlərlə ifadə edərkən onlar zamana və ya məkana əhəmiyyət vermirlər. Sərt dilləri ilə kifayət qədər təhqiredici ola bilirlər. Heç vaxt söyüş söyməkdən çəkinməyən oğlaqlar, təhqiramiz danışıqları ilə ətrafdakı insanların qəlbini qıra bilərlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO