Bu uşaqların ürək qüsuru ilə doğulma ehtimalları daha çoxdur - Həkimdən AÇIQLAMA

Bu uşaqların ürək qüsuru ilə doğulma ehtimalları daha çoxdur - Həkimdən AÇIQLAMA

Hazırda oxunan: Bu uşaqların ürək qüsuru ilə doğulma ehtimalları daha çoxdur - Həkimdən AÇIQLAMA

116633

"Son illərdə ölkəmizdə ürək qüsuru ilə doğulan uşaqların sayında ciddi artım müşahidə edilir".

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, həkim-kardioloq Sevinc Nəsirova deyib: 

"Ürək qüsurları iki cür olur: anadangəlmə və qazanılmış. Anadangəlmə ürək qüsurları dölün inkişaf anamaliyası kimi nəzərə çarpır. Bunun üçün həm ginekoloqların, həm də pediatrik kardioloqların fetal exokardioqrafiya müayinəsi ilə diaqnoz qoyula bilər. Bu müayinə yaxşı olar ki, dölün 20-ci həftəsindən gec olmayaraq aparılsın və müəyyən olunsun". 

Həkim-kardioloq əlavə edib ki, anadangəlmə ürək qüsurları hamiləlik dövründə siqaret, alkoqoldan istifadə, xromosom və gen anomaliyalarının nəticəsində baş verir: 

"Valideynlərində ürək problemi olan uşaqların anadangəlmə ürək qüsurları ilə doğulma ehtimalı 2-3 dəfə çox olur. Eyni zamanda qohum evliliyində də ürək qüsuru ilə doğulan uşaqların sayı çoxdur. 2018-ci il ilə müqayisə etsək, o dövrdə hər yeni doğulmuş min uşaqdan 7-8 nəfərində bu problem var idisə, bu göstərici indi 12-14 nəfərə çatıb. Bu, Azərbaycan üçün böyük rəqəmdir". 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO