“Mən irihəcmli, göstərişli aksesuarları sevirəm” – Gülnarə Xəlilova

“Mən irihəcmli, göstərişli aksesuarları sevirəm” – Gülnarə Xəlilova

Hazırda oxunan: “Mən irihəcmli, göstərişli aksesuarları sevirəm” – Gülnarə Xəlilova

11662

Elə xanım yoxdur ki, daş-qaşın parıltısından təsirlənməsin. Dünyanın harasında olursa-olsun, qadınlar aksessuarların qarşısında acizdir.

Koko Şanel deyirdi ki, "Zinət əşyaları bütöv bir elmdir!". Çünki hər bir daşın, qızılın və gümüşün öz tarixi, öz xüsusiyyətləri var.

Bəs, Azərbaycan xanımları ən çox hansı zinət əşyalarına üstünlük verirlər?

Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Bizim.Media-ya açıqlamasında zinət əşyalarının hər bir qadın üçün əvəzedilməz olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış modelyerdən maraqlı TƏKLİF


Onun sözlərinə görə, dəblə ayaqlaşmaq bir az çətindir, çünki o durmadan inkişaf edir:

“Hər mövsüm minlərlə kolleksiyalar nümayiş olunur. Hər bir xanımın özünə uyğun zövqü və tərzi var. Müasir zamanda xanımların çoxu 750 əyyar olan ağ qızıla üstünlük verir. Qeyri-adi həndəsi formalı bəzək əşyaları, müxtəlif ornamentlərlə işlənmiş üzük və sırğalar bu ilin dəbli zinət əşyalarıdır”.

G.Xəlilova müasir dövrdə aksesuar istehsalının inkişafından da söz açıb. O, bildirib ki, hazırda istehsal olunan bijuteriyaları zinət qızıl əşyalarından ayırmaq çox çətindir.

“Bugünki dövrdə elə bijuteriyalar var ki, onları orijinal zinət əşyalarından ayırmaqda çətinlik çəkirik. Əvvəllər analarımızın, nənələrimizin 2-3 çeşidli sapfir, zümrüd dəstləri dəbdə idi.

Getdikcə bijuteriya adlanan sektorda hazırda münasib qiymətə çox böyük kolleksiyalar təqdim olunmağa başladı. Hamıya məsləhət görərdim ki, dəblə ayaqlaşsınlar, yeni tendensiyaları mütləq nəzərə alsınlar.

Sonda modelyer zinət əşyalarından daha çox irihəcmli, göstərişli aksesuarlara daha çox üstünlük verdiyini vurğulayıb.

“Hər xanımın öz stilini dərk etməsi və onu yaratması çox gözəl haldır. Mənim üçün əsas geyim tərzidir. Bəzək əşyaları isə yaratdığımız obrazımızı tamamlamaqda bizə kömək edir. Mən irihəcmli, göstərişli aksesuarlardan daha çox istifadə edirəm”.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO