Məktəblər yenidən distant təhsilə keçir? – Nazirlikdən AÇIQLAMA

Məktəblər yenidən distant təhsilə keçir? – Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Məktəblər yenidən distant təhsilə keçir? – Nazirlikdən AÇIQLAMA

116607

Son günlərdə uşaqlar arasında yüksək temperatur, burun axması, halsızlıq, öskürək kimi hallarla müşahidə olunan xəstəlik yayılıb. Buna görə sosial şəbəkə platformalarında gedən müzakirələrdə valideynlər arasında bağça və məktəblərin bağlanması üçün çağırış edənlər var. 

Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvünladıq. 

Uşaqlar arasında yayılmış kəskin qrip virusu ilə bağlı bağçaların bağlanması, məktəblərdə yenidən distant təhsilə keçid gözlənilirmi? 

Bu barədə Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusu qısa cavablandırıldı:

“Hazırda bu məsələ müzakirə edilmir”.

Onu da xatırladaq ki, yanvarın 27-dən fevralın 1-ə qədər məktəblilərin qış tətili başlayır. Bu fasilə virusların səngiməsinə bir qədər yardım edə bilər.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO