MEDİA reyestri

MEDİA reyestri "reket jurnalistlər"in kabusuna çevrilib

Hazırda oxunan: MEDİA reyestri "reket jurnalistlər"in kabusuna çevrilib

116574

Reketlər yenə iş başındadır. Vaxtilə qəzet səhifələrinə doluşan qeyri-peşəkarlar və jurnalistikaya alver məkanı kimi baxanlar onlayn mediadakı boşluğu görən kimi bura transfer etdilər. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, "KİV haqqında" köhnə qanunun yalnız çap mediasını əhatə etməsi, onlayn medianın kənarda qalması onlar üçün “münbit şərait” yaratmışdı. 

Lakin bir neçə ildir ki, mediada həyata keçirilən islahalatların nəticəsi olan "Media haqqında" yeni qanunun qəbul edilməsi ilə onlayn medianın da qanunla tənzimlənməsi prosesi başlandı. 

Buna paralel olaraq, Medianın İnkişaf Agentliyi reket jurnalistikaya qarşı daha effektiv mübarizə vasitəsi olacaq MEDİA reyestrini yaratdı. Nəticə etibarilə, hazırda yaranmış peşəkar mühit reketlərin fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Hazırda bir qrup reketin MEDİA agentliyinə qarşı qarayaxma kampaniyasına start verməsinin kökündə də məhz bu amil dayanır. Çünki MEDİA agentliyinin yaradılması ilə başlanan köklü islahatlar, qanunvericiliyin təkmilləşməsi, MEDİA reyestri də daxil olmaqla peşəkar fəaliyyəti stimullaşdıracaq addımlar "reket jurnalistlər"inin kabusuna çevrilib.

Vaxtilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun yaratdığı anormal mühitdən bəslənən belələri indi peşəkar mühitdə əl-qolları bağlandığı üçün MEDİA agentliyini, bütövlükdə isə mövcud medianı gözdən salmaq məqsədilə qarayaxma kampaniyasına start verib.
Amma artıq Əli Həsənov dövrü bitib, o dövrü geri qaytarmaq istəyənlərin istəkləri də baş tutmayacaq. Çünki reketlərə qarşı mübarizədə uzun müddət anormal mühitdən əziyyət çəkən peşəkarlar artıq ön cəbhədədir. İmkan vermərik ki, əvvəlki xaotik mənzərə yenidən canlansın!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO