Sumqayıtın Heydər Əliyev prospektində "VAZ 21015" və "Geely" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 21015"də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib.
Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər - 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, avtomobildə olan şəxslər bir ailənin üzvü olub. Onlar ad günü şənliyindən evə qayıdırmış.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
***
Qəzada ağır yaralanan Orucova Tutu Ədalət qızının da həyatını xilas etmək mümkün olmayıb.
***
Qəzada dünyasını dəyişən Vüsal Orucov veb-proqramçı və bir neçə saytın təsisçisi olub. O, həm də Avropa Azərbaycan məktəbində dərs deməyə başlayıbmış. Onun qəzada yaralanan qardaşı Vüqar Orucov isə model və dizayner kimi fəaliyyət göstərir.
Qeyd edək ki, dünyasını dəyişən Tutu Orucova Vüqar Orucovun həyat yoldaşıdır.(Lent.az)
Vüsal Orucovun tək və qardaşı Vüqarla çəkdirdiyi bəzi fotoları təqdim edirik:







































































































