Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib

Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib

Hazırda oxunan: Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib

116538

Kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə Azərbaycanın mövqeyi 34 pillə irəliləyərək, 86-cı yerdən 52-ci yerə qalxıb. 

Bizim.Media azertag.az-a istinadən xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir. 

Bu istiqamətdə zəruri fəaliyyətlərin həyata keçirilməsi və nəticədə əldə olunan uğurlar xüsusi önəmə malikdir.

Rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətlər AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində Azərbaycanın qlobal mövqeyinin daha da yaxşılaşmasına səbəb olub.

Nəticədə kibertəhlükəsizlik sahəsində 161 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin (National Cybersecurity Index - //ncsi.ega.ee/) reytinq cədvəlində Azərbaycan 34 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə irəliləyib. 

Bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqe hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, sözügedən reytinq cədvəlində qonşu Gürcüstanın 50-ci, Ermənistan isə 90-cı yerdə olduğu qeyd edilir.

Estoniyanın "Elektron İdarəçilik Akademiyası Fondu" tərəfindən hazırlanan və təkmilləşdirilən Milli Kibertəhlükəsizlik İndeksi, kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kibertəhlükəsizliyin bütün sahələrdə inkişaf etdirilməsi, xüsusilə kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsinin ölkəmiz üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, həmçinin Azərbaycanda kibertəhlükəsizliklə bağlı görülən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahənin inkişafına böyük önəm veriləcəyi dəfələrlə qeyd edilib. Kibertəhlükəsizliyin hər zaman Azərbaycanın gündəliyində olduğunu və bütün ölkələrin bu sahədə hazırlıqlı olmasını qeyd edən Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına yönəlik ciddi addımların atılması barədə müvafiq tapşırıqlar verilib.

Bu yanaşma və kibertəhlükəsizliyin təmin edilməsi zərurəti bu gün Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində ən vacib çağırışlardan birinə çevrilib. Bu çağırışlara uyğun fəaliyyətlər bir sıra səlahiyyətli qurumlar, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra olunmaqda və Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki potensialı inkişaf etdirilməkdədir.

Ölkəmizin tanınmış beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçidlər vasitəsilə ətraflı tanış ola bilərsiniz:

1. Ümumi siyahı:

//ncsi.ega.ee/ncsi-index/ 

2. Azərbaycan Respublikasının mövqeyi:

//ncsi.ega.ee/country/az/

 //ncsi.ega.ee/country/az/?pdfReport=1






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO