Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“Nəbatat Bağı haqqında hələ yekun qərar yoxdur” – RƏSMİ
Məlumata görə, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.
Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir.
Bizim.Media