YENİ QANUN siyasi partiyalarda canlanma yaradıb – Üzvlər yenidən SAYILIR

YENİ QANUN siyasi partiyalarda canlanma yaradıb – Üzvlər yenidən SAYILIR

Hazırda oxunan: YENİ QANUN siyasi partiyalarda canlanma yaradıb – Üzvlər yenidən SAYILIR

116446

“Siyasi partiyalar haqqında” Qanun ölkə başçısı tərəfindən təsdiq olunduqdan sonra siyasi arenada bir canlanma var. Bu da təsadüfi deyil. Çünki, qanun siyasi partiyaların yenidən təşkilatlanmasını və nizamnamələrinə bəzi dəyişikliklər edilməsi zərurəti yaradıb.

Məsələ ilə bağlı Bizim.Media bəzi partiyaların fikirlərini öyrənib.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirdi ki, biz “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunan zamandan partiya quruculuğunu gücləndirmişik:

“Artıq xeyli işləri də görə bilmişik. Rayon təşkilatlarına müvafiq təlimat və göstərişlər verilib. Aparılan işlərin nəticələri də müsbətdir. Dünən bütün yerli təşkilatların sədrləri və fəallarla görüş keçirilib. Həmin iclasda MCP həm də özünün siyasi ideologiya xəttini elan edib.
Bizim əsas hədəfimiz sosial demokratiya ideologiyasıdır. Bildiyiniz ki, Azərbaycanda partiyaların milli ideologiya xətti zəifdir. Artıq MCP sosial demokratiya partiyasıdır. Hesab edirəm ki, yaxın 3 ay ərzində yeni qanunun tələblərinə uyğun şəkildə bütün sənədlərimiz hazır vəziyyətə gətiriləcək”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin fikirləri qısa oldu:

“Bizim partiya ötən ilin sonunda özünün beşinci qurultayını keçirdi. Qurultayın nəticəsi olaraq biz yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Hazırda müraciətimizin nəticələrini gözləyirik. Partiya təkrar qeydiyyatdan keçdikdən sonra digər məsələlərin icrası ilə məşğul olacağıq”.  

Musavat Patiyasının başqanı Arif Hacılı bildirdi ki, yeni qanunun tələblərinin icrası istiqamətdə bizim partiyada hər hansı bir problem yoxdur:

“Zatən bizim partiyanın üzvlərinin sayı tələb olunan saydan-5 min nəfərdən çoxdur. Amma bizi narahat edən məsələ partiya üzvlərinin 6 aydan bir dəqiqləşdirilməsinin aparılmasıdır. Çünki istər-istəməz bu adamlarda haqlı narahatçılıq yaradır. Qalan məsələlərdə isə narahatçılıq görmürük. Qanun çərçivəsində üzərimizə düşən vəzifələri icra edirik” 
REAL Partiyasının sədr müavini Natiq Cəfərli isə bunları bildirdi: 

“Yeni qanunun tələblərindən irəli gələn vəzifələri icra etmək üçün partiya daxilində işçi qrupu yaradılıb. İşçi qrupu həm partiyanın yenidən qeydiyyatı, həm də partiya üzvlərinin sayı ilə bağlı işlər aparır. Lazım olan sənədləri yenidən topladıqdan və partiya üzvlərinin sayı ilə bağlı dəqiqləşdirmə apardıqdan sonra qanuna uyğun şəkildə qeydiyyat üçün müraciət edəcəyik. Nəzərə alsaq hələ 6 ay vaxtımız var. Amma biz aprel ayına qədər bütün prosesləri başa çatdırmağı düşünürük”.

Ağ Partiyasının sədri Tural Abbaslı isə bildirdi ki, onların firqəsi yeni yaradıldığındn məlumatların hamısı təzədir və bu məsələdə hər hansı problemləri olmamalıdır:

“Burda əsas məsələ partiya üzvlərinin sayının ən azı 5 min nəfər olmasıdır. Yəni reystrə 5 min nəfərin məlumatı verilməlidir.

Bizdə üzvlər haqqında bütün məlumatlar əvvəldən var. Çünki, partiyamıza üzvlər daha çox son 2-3 ildə cəlb edilib. Və onlar haqqında qanunun tələb etdiyi əksər məlumatlar bizdə var. Xırda çatışmamamzlıqlar üzərində işləyirik.
Düşünürəm ki, bizdə heç bir problem olmayacaq. Və lazım olan vaxtadək təkrar qeydiyyat üçün sənədləri təqdim edəcəyik. Təqdimatdan sonra may ayında növbədənkənar qurultayımızı keçirib qanunun tələblərinə uyğun yeni nizamnaməmizi qəbul edəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO