Bəzi sosial şəbəkə və media səhifələrində Tərtər rayon sakini Sahilə Əsədovanın doğuşdan sonra ölməsinə dair Bərdə rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi və digər həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Bildiririk ki, qeyd edilən faktla bağlı Bərdə rayon prokurorluğunda 02.08.2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanaraq istintaq aparılıb.
İbtidai İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında xəstəxanada həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:55 / 24.01.2023
Doğuşdan sonra qadın ölümünə görə həkim polis nəzarətinə götürüldü - Prokurorluq
Hazırda oxunan: Doğuşdan sonra qadın ölümünə görə həkim polis nəzarətinə götürüldü - Prokurorluq
Hazırda oxunan: Doğuşdan sonra qadın ölümünə görə həkim polis nəzarətinə götürüldü - Prokurorluq
116382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.