Azərbaycan prezidenti İlham Əliyev akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Moderator.az -ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik V. Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik V. Axundovun anadan olmasının 100 illiyi tamam olur. V. Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışıb və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib.

























































































