Sərbəst güləş üzrə SSRİ idman ustası vəfat etdi

Sərbəst güləş üzrə SSRİ idman ustası vəfat etdi

Hazırda oxunan: Sərbəst güləş üzrə SSRİ idman ustası vəfat etdi

116231

Bu gün Azərbaycan idmanına ağır itki üz verib. Sərbəst güləş üzrə SSRİ-nin idman ustası, Qazax güləş məktəbinin yetirməsi Sarı Əhmədov ömrünün 88 yaşında dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Əməkdar Bədən tərbiyəsi və idman xadimi Əhmədov Sarı Məhəmməd oğlu 1935-ci ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub.

1959-cu ildə Sәrbәst gülәş üzrә SSRİ idman ustası adına layiq görülüb. 1961-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu bitirib. 

Sarı Əhmədov bu gün doğma kəndi Yuxarı Salahlıda dəfn olunub. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO