“Nəbatat Bağı haqqında hələ yekun qərar yoxdur” – RƏSMİ

“Nəbatat Bağı haqqında hələ yekun qərar yoxdur” – RƏSMİ

Hazırda oxunan: “Nəbatat Bağı haqqında hələ yekun qərar yoxdur” – RƏSMİ

116208

Mərkəzi Nəbatat Bağı 2 aydır ki, ziyarətçilərin üzünə bağlanıb. Səbəbsə Bağda aparılacaq əsaslı yenidənqurma işləridir. Təsadüfi deyil ki, paytaxtın ən böyük yaşıllıq zolağı olan bu ərazinin əsaslı təmirə bağlanması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu da onunla bağlıdır ki, sosial şəbəkələrdə Mərkəzi Nəbatat Bağının əsaslı yenidənqurmadan sonrakı görkəmi ilə bağlı fotolar paylaşılıb.

Fotolardan aydın olur ki, bura gələcəkdə elmi mərkəzdən daha çox əyləncə və ticarət mərkəz olacaq. 

Nəzərə alaq ki, Mərkəzi Nəbatat Bağı 1932-ci ildə yaradılıb. Və uzun illər bura AMEA-nın tabeçiliyində olub. Və Bağda müxtəlif elmi-tədqiqat işləri aparılıb. Hazırda Bağda yüzlərlə müxtəlif növ ağaclar, kollar və bitkilər var. Amma ötən il Mərkəzi Nəbatat Bağı AMEA-ın tabeçiliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib. 

Həm yayılan fotolar, həm də gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumun mətbuat katibi Mətin Hüseynov Bizim.Media-ya açıqlamasında bildirdi ki, yayılan fotolar layihəçi təşkilatlardan birinin hazırladığı ilkin eskizlərdir:

“Bu cür eskizlər çoxdur. Amma Mərkəzi Nəbatat Bağının gələcəkdə necə olacağı haqqında yekun qərar verilməyib. Hələlik layihələr ətrafında müzakirələr gedir. Ona görə də narahatçılığa lüzum yoxdur”.

Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlanıb. Mərkəzi Nəbatat Bağının abadlaşdırılması üçün “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer Construction” MMC ilə 58 milyon manatlıq müqavilə bağlayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO