DİM bakalavrlara müraciət etdi

DİM bakalavrlara müraciət etdi

Hazırda oxunan: DİM bakalavrlara müraciət etdi

116166

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, sınaq imtahanı 2023-cü il yanvarın 29-da keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Qeyd: Bu sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək. Ancaq nəzərə almaq lazımdır ki, 19 fevral 2023-cü ildə keçiriləcək qəbul imtahanında sual kitabçaları sonda nəzarətçilərə təhvil verilməlidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO