Balakəndə Vətən Müharibəsi Qəhrəmanının toyu olub. Ötən axşam rayonun şadlıq saraylarından birində baş tutan məclisdə rayon rəhbərliyi ilə yanaşı, şəhid ailələrinin üzvləri və qazilər itirak ediblər.
Bizim.Media-nın yerli bürosu bildirir ki, dillərə dastan, hərb tarixlərinə örnək, beşinci nəsil müharibənin məktəbi olan Azərbaycanın Vətən Müharibəsində qəhrəmanlıq göstərənlər az olmayıb.
Bu müharibədə istər ön, istər arxa cəbhədə hər kəs qanı-canı ilə bu müharibədə düşmənə qarşı birləşməyi, birlik və bərabərlik nümayiş etdirməyi bacarıb və indi barını görməkdədir.
Belə igid oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyevdir. Azərbaycan və Türkiyə bayraqlarının dalğaları altında məclisə daxil olan cütlüyü salonda alqışlarla qarşılayıblar. Məclisdə şəhidlərin əziz xatirəsinə sayğı duruşundan sonra dualar oxunub.
Toy mərasiminə qatılan şəhid ailələrinin üzvləri və qazilər yeni ailə quran gənclərə xoşbəxtlik diləyiblər.
Rayon rəhbərliyi də məclisdə iştirak edib.
Bizim.Media toydan eksklüziv görüntüləri təqdim edir:
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu