“”Milliön”ün 1 manat tələbi qeyri-qanunidir” - QALMAQAL

“”Milliön”ün 1 manat tələbi qeyri-qanunidir” - QALMAQAL

Hazırda oxunan: “”Milliön”ün 1 manat tələbi qeyri-qanunidir” - QALMAQAL

11615

“Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən ödəmə terminallarında 1 manat xidmət haqqının tutulacağı məsələsi ictimaiyyətdə ciddi müzakirə yaradıb. 

Qeyd edək ki, ötən gün bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində çıxış edib.

Onun sözlərinə görə “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olacaq ki, bu  barədə xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. 

Ülviyyə Əfəndiyeva  bildirib ki, sözügedən qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq 


“Bu, yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, - deyə Əfəndiyeva qeyd edib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli “Milliön” müştəri xidmətlərinin məlum açıqlamasının qeyri-qanuni olduğunu deyib: 

“Bu tipli xidmət haqqının tutulması ilə bağlı qərar Nazirlər Kabineti və ya Tarif Şurası tərəfindən verilə bilər. Bu, qeyri-qanuni tələbdir.  Açıqlamaya görə qərar qeyri-əhaliyə aiddir. Amma bu, o demək deyil ki, xidmət haqqı əhaliyə də aid edilməyəcək.


Bu, artıq president yaradır. Qeyri-əhali olsa belə, qərarın əsaslandırılması olmalıdır. Gələcəkdə digər kommunal ödənişlərində də buna bənzər xidmət haqlarının alınması üçün zəmin yaranır. Bu, doğru deyil. Ən azından səbəbləri ilə bağlı açıqlama olmalıdı idi”. 

Ekspert xarici ölkələrdə istər əhalidən, istərsə də qeyri-əhalidən kommunal xidmətlərin terminallar vasitəsilə ödənişində xidmət haqqı tutulmadığını qeyd edib:
 

“Xaricdə bununla bağlı xidmət haqqı yoxdur. Bu tələb ödəniş təşkilatı ilə terminal arasında bağlanılan müqavilədə formalaşdırılır. Bu tipli xidmətlər dünya ölkələrində artıq onlayn bank sistemi ilə həyata keçirilir.


Heç o aparatlara da ehtiyac qalmır. Bu, 10 il əvvəl yaranmış bir trend idi. Hansı ki, indi bu trend aradan qalxır. Artıq telefon vasitəsilə banka ödənişləri çoxalıb. Azərbaycanda da qeyri-qanuni və məntiqi olmayan qərarlar olacaqsa, onlayn platformalar üzərindən kommunal xidmətlərin ödənişləri genişlənəcək. Ödənişlərin onlyn qaydada həyata keçirilməsi daha geniş yayıldıqca, “Milliön”dən istifadə yavaş-yavaş azalacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO