Xankəndi-Laçın yolunda aksiya davam edir - Etirazçıların tələbləri dəyişməzdir

Xankəndi-Laçın yolunda aksiya davam edir - Etirazçıların tələbləri dəyişməzdir

Hazırda oxunan: Xankəndi-Laçın yolunda aksiya davam edir - Etirazçıların tələbləri dəyişməzdir

116067

Hazırda havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir.

Bizim.Media xəbər verir ki, toplanış yerində etirazçıların əhval-ruhiyyəsi yüksəkdir və onların tələbləri dəyişməz olaraq qalır.

Hazırda aksiyaçıların canlanması müşahidə edilir.

Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 42 gündür davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO