Zaqatalada 15 otaqlı evdəki yanğın BU SƏBƏBDƏN baş verib 

Zaqatalada 15 otaqlı evdəki yanğın BU SƏBƏBDƏN baş verib 

Hazırda oxunan: Zaqatalada 15 otaqlı evdəki yanğın BU SƏBƏBDƏN baş verib 

115999

Zaqatalada ikimərtəbəli evdə baş verən yanğının səbəbi məlum olub.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, rayonun Muğanlı kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli evin ondulindən ibarət dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və qismən içərisindəki əşyalar yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanmadan baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO