Bələdiyyələrin səlahiyyətləri artırılacaqmı? – Ekspertin yeni təkliflərlə bağlı ŞƏRHİ 

Bələdiyyələrin səlahiyyətləri artırılacaqmı? – Ekspertin yeni təkliflərlə bağlı ŞƏRHİ 

Hazırda oxunan: Bələdiyyələrin səlahiyyətləri artırılacaqmı? – Ekspertin yeni təkliflərlə bağlı ŞƏRHİ 

115931

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda bələdiyyələrin yenidən formalaşmasının vacibliyini qeyd edib. 

Komitə sədri bildirib ki, Azərbaycanda regional strukturların yaradılması istiqamətində iş aparılır, həm Qarabağ, həm də Şərqi Zəngəzurda Azərbaycan Prezidentinin Xüsusi nümayəndələri fəaliyyət göstərirlər:
"Bu strukturların formalaşması ilə dövlət büdcəsinə kifayət qədər qənaət olunacaq, vətəndaşlar üçün yaradılan bürokratik əngəllər aradan qaldırılacaq. Eyni zamanda, insanların get-gələ salınmamasında, problemlərin qısa zamanda həllində, əlçatanlığın təmin olunmasında bu islahatların mühüm rolu olacaq. 

Digər tərəfdən, artıq Azərbaycanda iqtisadi zonalar yaradılıb. Belə olan təqdirdə avtomatik olaraq bələdiyyələrin də sayı azalacaq. Hazırda Azərbaycanda 1 606 bələdiyyə, 15 minə qədər bələdiyyə üzvü var. Bu qədər bələdiyyəyə ehtiyac yoxdur. Gələcəkdə bilavasitə icra strukturlarının formasına uyğun şəkildə bələdiyyələr qurulacaq”.

Bizim.Media-ya açıqlama verən bələdiyyə eksperti Abel Bayramovun fikrincə, yerli özünüidarə orqanlarını real hakimiyyət qurumlarına çevirməliyik:

“Bu məsələ ilə bağlı çoxsaylı təkliflərimiz olub. Azərbaycanda təbii ki, yerli özünüidarə islahatlarına da ciddi ehtiyac var. Bələdiyyələrin sayının kiçildilməsi isə bu yolda məsələnin yeganə həlli yolu deyil. Məsələ ondadır ki, ilk növbədə inzibati ərazi bölgü üzrə islahatlar keçirilməlidir. Bu fonda bələdiyyələrin yenidən böyüdülməsi, çoxsəviyyəli yerli özünüidarə sisteminə keçidə də ehtiyac yaranıb. 
Amma bütün bunlar məsələni kökündən həll etmir. Başlıcası yerli özünüidarə qurumlarına tam və müstəsna səlahiyyətlər verilməlidir. Onların konkret səlahiyyətləri olmalıdır. İndi isə yerli əhəmiyyətli ictimai xidmətlərin bir çoxu icra hakimiyyətlərinin səlahiyyət çərçivəsindədir. Bu səlahiyyətlər bələdiyyələrə verilməlidir. Yəni, bələdiyyələrin sayının azaldılması yeganə çıxış yolu deyil, sadəcə islahatların istiqamətlərindən biridir. Bələdiyyələri yerli səviyyədə real hakimiyyət qurumlarına çevirməliyik ki, idarəetmənin effektivliyi təmin olunsun”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO