Göygöldə əxlaqsızlıq yuvası təşkil edən şəxs SAXLANILDI

Göygöldə əxlaqsızlıq yuvası təşkil edən şəxs SAXLANILDI

Hazırda oxunan: Göygöldə əxlaqsızlıq yuvası təşkil edən şəxs SAXLANILDI

115919

Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsızlıq yuvası təşkil etməsi barədə məlumat daxil olub.

Mövzu ilə bağlı Bizim.Media-nın yerli bürosunun sorğusuna 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov cavab verib:

"Daxil olan sorğuya cavab olaraq bildirirəm ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsız yuvası təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M. Əliyev, eləcə də həmin kafedə işləyən 1 qadın və 1 müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib" deyə E Qasımov bildirib.  Baş inspektorun sözlərinə görə faktla bağlı Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO