“Qış vaxtı”na keçid getdikcə azalır

“Qış vaxtı”na keçid getdikcə azalır

Hazırda oxunan: “Qış vaxtı”na keçid getdikcə azalır

1159

2019-cu ilin oktyabr ayından etibarən Avropa İttifaqının bir çox ölkələri “qış vaxtı”na keçiddən imtina ediblər. Artıq Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya saatlarını mövsümə uyğun dəyişmirlər. Postsovet ölkələrindən Rusiya, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da saatı irəli-geri çəkmir.

Amma hələ saatını dala-qabağa fırladan ölkələr var. Oktyabrın 24-dən 25-ə keçən gecə Latviya, Litva, Estoniya, Moldova və Ukrayna əqrəbləri bir saat geri fırlamaqla “qış vaxtı”na keçid alacaqlar.

Azərbaycan hökuməti isə “qış vaxtı”na keçidi 2016-cı ildən dayandırıb.

Əksər ölkələrin “Qış vaxtı”ndan imtna etməsinin səbəbi kimi isə İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılmasında yaranan çətinliklər göstərilir. Bunun həm də insan orqanizminə mənfi təsiri mütəxəssislər tərəfindən əsaslandırılb.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO