Sosial media həyatımızın bir parçasıdır. Hər birimiz günün hansısa saatını bu və digər sosial platformada keçiririk.
Bəs Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Bizim.Media xəbər verir ki, bu sualın cavabı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda cavablanıb.
Bəlli olub ki, Azərbaycanda sosial media istifadəçilərinin 43,6 faizi “YouTube”, “35,8 faizi “İnstagram”, 26,5 faizi “Facebook”, 25,0 faizi “TikTok”, 6,4 faizi isə “Twitter” platformalarından istifadə edirlər.
Ümumilikdə isə ölkə üzrə əhalinin 72,2 faizi sosial mediadan istifadə edir. Maraqlıdır ki, sosial mediadan istifadə edənlərin çoxu burada sadəcə vaxtlarını keçirirlər. Əylənirlər və yaxud yeni xəbərləri izləyirlər.
Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edir. Məsələn, “İnstagram” istifadəçilərinin 73,9, “YouTube” istifadəçilərinin 52,2, “TikTok” istifadəçilərininsə 43,5 faizi bu yaş kateqoriyalarına aiddir.
Amma ölkəmizdə sosial mediadan istifadə etməyənlər də var. Bunlar ölkə əhalisinin təxminən 27,8 faizidir. Sosial mediadan uzaq olanlarsa əsasən pensiyaçılardır.
O da bəlli olub ki, sosial mediada ən çox vaxt keçirənlər məhz kişilərdir. Qadınlar sosial şəbəkələrdə daha az olurlar. Qadınlar ən yaxşı halda günlərinin 1 saatını sosial platformalarda keçirirlər. Kişilərsə bəzən 5-6 saatlarını burada keçirirlər.
Sorğuda bir maraqlı məqam da üzə çıxıb. Sən demə ali təhsilli insanlar daha çox sosial şəbəkələrdə olurlar. Orta təhsillilərsə buna nisbətən az vaxt ayırırlar.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 21.01.2023
Kişilər sosial mediada NƏ AXTARIR?
Hazırda oxunan: Kişilər sosial mediada NƏ AXTARIR?
Hazırda oxunan: Kişilər sosial mediada NƏ AXTARIR?
115894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.