Laçın-Xankəndi yolundan daha iki yük avtomobili keçib - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan daha iki yük avtomobili keçib - FOTO - YENİLƏNİB

Hazırda oxunan: Laçın-Xankəndi yolundan daha iki yük avtomobili keçib - FOTO - YENİLƏNİB

115884

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Bizim.Media xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətinə 2 yük avtomobili keçid edib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

09.48

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil ərazidən maneəsiz keçib.

Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 38 gündür davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO