Göygöldə qanunsuz ağac kəsən şəxs SAXLANILDI 

Göygöldə qanunsuz ağac kəsən şəxs SAXLANILDI 

Hazırda oxunan: Göygöldə qanunsuz ağac kəsən şəxs SAXLANILDI 

115855

Göygöldə qanunsuz ağac kəsən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun Şəhriyar kəndi ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən 2 ədəd qovaq ağacının kök hissəsindən kəsilməsi və təbiətə 2450 manat məbləğində ziyan dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən rayon sakini Savalan Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO